Türmədə olan azərbyacanlı klub rəhbərinin cəzası azaldıldı

11 Fevral 2020 17:36 Qalmaqal 1 874
Türmədə olan azərbyacanlı klub rəhbərinin cəzası azaldıldı

Bakı Apelyasiya Məhkəməsində “İnter“in (indiki “Keşlə“) və Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb.

Sportinfo.az xəbər verir ki, hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb. Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Buna səbəb də qanunvericiliyə edilən dəyişikliklərdir.

Belə ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb.
C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!