Millimizin baş məşqçisi oyunçularını söydü!

4 Fevral 2020 15:04 Qalmaqal 1 486
Millimizin baş məşqçisi oyunçularını söydü!

AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş hüquqi pozuntularla əlaqədar cəzalarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, cəzaların bir çoxu təhqirlərlə əlaqədardır. Komitənin açıqladığı qərarda deyilir ki, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov öz komandasını təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya olunub.

Bundan başqa, U-14 Liqasında keçirilən “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə”nin baş məşqçisi Vəli Hüseynov, Coca-Cola U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda Şirvanovka (Qusar) komandasının baş məşqçisi Kamran Nurəhmədov, U-12 Liqasında keçirilən UGİM (Siyəzən) – UGİM (Xaçmaz) oyununda UGİM (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov hakimləri təhqir etdiyi üçün hər biri 5 oyunluq cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”