Azərbaycanlı hakimin yunanları narazı salan qərarı - FOTO+VİDEO

3 Fevral 2020 14:03 Qalmaqal 825
Azərbaycanlı hakimin yunanları narazı salan qərarı - FOTO+VİDEO

Dünən Yunanıstan Superliqasının 22-ci turu çərçivəsində keçirilən "Panatinaikos" - PAOK oyununun (2:0) baş hakimi olan Əliyar Ağayevin idarəçiliyi yerli futbol ictimaiyyətində birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, oyunun gedişində qonaq komandanın futbolçusu Dmitris Yannulisin meydan sahiblərinin oyunçusu Dominik Nadın dizini bilərəkdən tapdalamasını qayda pozuntusu kimi dəyərləndirməyən FİFA referimizin qərarı ölkə mətbuatında geniş müzakirəyə səbəb olub. Ağayevin kobud səhvə yol verdiyini bildirən yunan jurnalistlər buna görə VAR hakimi Ristas Aristotel Diamantopulosu da günahlandırıblar. Onlar həmin epizodda Əliyarın Yannulisə qırmızı vərəqə göstərməli olduğunu iddia edirlər.

Həmin epizodun videosunu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti