Elvin Məmmədov: "Bunu Zaur Həşimovun vicdanına buraxıram"

2 Fevral 2020 18:25 Qalmaqal 1 614
Elvin Məmmədov: "Bunu Zaur Həşimovun vicdanına buraxıram"

"Sağ olsun rəhbərlik, müqaviləmdəki göstərilən məbləğin hamısını mənə verdi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"dən yenicə ayrılan Elvin Məmmədov deyib. Bu gün "qartallar"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən 31 yaşlı futbolçu komandanın baş məşqçisi Zaur Həşimovdan incik olduğunu gizlətməyib:

"Bəli, incikliyim var. Nəyə görə? Çünki onunla bir yerdə oynamışıq, yaxşı, səmimi münasibətimiz olub. Amma mənə qarşı hərəkətini öz vicdanına buraxıram. Başqa heç nə demirəm".

Klubsuz qalan Məmmədov hələlik heç bir variantının olmadığını bildirib: "Mənə nəsə deyilməyib. Hələlik heç bir variantım yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!