Mini Futbol Liqasının (MFL) “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyunu zamanı qonaq komandanın futbolçusu Oqtay Alxasov tərəfindən fiziki təzyiqə məruz qalan hakim Hacıəli Ağayevin insidentdən sonra şikayət ərizəsi yazması, daha sonra isə onu geri iddiasını geri götürməsi haqda dünən saytımızda məlumat vermişdik.
Bu gün redaksiyamızla əlaqə saxlayan referinin əmisi Arif Ağayev belə bir şeyin baş vermədiyini bildirib. Veteran hakim, hazırda isə oyunlara hakim-inspektor kimi təyinat alan Ağayev Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Hacıəliyə xəsarət yetirən hər iki şəxs - Oqtay Alxasov və Ceyhun İmaməli valideynləri ilə bərabər gəlib, hakimdən üzr istəyiblər və arada barışıq olub. Referi onları bağışlayıb. Polisə isə ümumiyyətlə müraciət olunmayıb".

