"Səbail"in legionerinin başına inanılmaz iş gəldi - BAKIDA

28 Yanvar 2020 22:47 Qalmaqal 953
"Səbail"in legionerinin başına inanılmaz iş gəldi - BAKIDA

"Səbail"in yeni transferi Hendrik Ekşteyn Azərbaycanda xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, dələduzlar afrikalı yarımmüdafiəçinin telefon nömrələrinin dublikatını çıxarıblar və pul almaq üçün Ekşteynin dostlarına, ailə üzvlərinə mesaj göndərərək, borc istəyiblər. Ancaq onların planı baş tutmayıb. Çünki futbolçunun dostlarından biri Hendrikin fırıldaqçıların qurbanı olduğunu başa düşüb.

"O, bu işin arxasında kimin olduğunu bilmir. Amma dostu sayəsində problem tez həll olundu. Dostlarının biri ondan pul istədikdən sonra "Feysbuk"da Ekşteynə yazıb. Bundan sonra o, nə olduğunu anlayıb" - deyə 28 yaşlı futbolçunun dostu bildirib

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"