Emini əvvəlcə bıçaqladı, sonra güllələdi! - “Barsa”ya görə

28 Yanvar 2020 14:35 Qalmaqal 2 894
Emini əvvəlcə bıçaqladı, sonra güllələdi! - “Barsa”ya görə

Dünya futbolunda daha bir faciəvi hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, “Barselona”ya görə iki qardaş arasında qanlı dava düşüb. Bildirilir ki, hadisə Əfqanıstanın Kapisa vilayətində baş verib.

Belə ki, Həşmətulla adlı 30 yaşlı kişi İspaniya La Liqasının son turunda “Barselona”nın səfərdə “Valensiya”ya uduzmasına görə (0:2) kiçik qardaşı ilə mübahisə edib.

“Barsa” azarkeşi olan Həşmətulla mübahisə zamanı kiçik qardaşı Emini öldürüb. Əvvəlcə, qardaşını bıçaqlayan Həşmətulla daha sonra onu ov tüfəngi ilə vurub. Xəstəxanaya çatdırılan Eminin həyatını xilas etmək mümkün olmayıb. Polis qatilin axtarışına başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq