Prezidentlərdən Brayantın faciəvi ölümünə reaksiya

27 Yanvar 2020 14:57 Qalmaqal 776
Prezidentlərdən Brayantın faciəvi ölümünə reaksiya

ABŞ prezidenti Donald Tramp, həmçinin ştatların keçmiş lideri Barak Obama dünən gecə dünya idmanını sarsıdan ölüm xəbəri - əfsanəvi Kobi Brayantın təyyarə qəzasında həlak olması ilə bağlı besketbolçunun ailəsinə başsağlığı verib.

Sportinfo.az xəbər verir ki, hər iki tanınmış sima da digər məşhurlar kimi, rəsmi sosial şəbəkə hesablarında paylaşım ediblər.

Mərhumun ailəsinə səbr diləyən Tramp Brayantın ölümünün qorxulu xəbər olduğunu yazıb. Obama isə belə reaksiya verib: "Kobe işində bir əfsanə idi. Cannanı itirmək bir valideyn olaraq bizim üçün də ürəkağrıdıcıdır. Mişellə mən Vanessa və Brayantın bütün ailə üzvlərinə baş sağlığı veririk".

Qeyd edək ki, qəzaya uğrayan helikopterdə veteran basketbolçu ilə yanaşı, 13 yaşlı qızı Canna da olub.

Digər Xəbərlər
Xəbər Lenti