"Bu suala ən yaxşı cavabı Süleymanovun özündən öyrənə bilərsiz" - AFFA rəsmisi

25 Yanvar 2020 19:35 Qalmaqal 846
"Bu suala ən yaxşı cavabı Süleymanovun özündən öyrənə bilərsiz" - AFFA rəsmisi

"Dünən həqiqətən də belə bir açıqlama vermişəm ki, həmin otelin AFFA-ya aidiyyatı yoxdur. Yenə də eyni sözləri təkrarlaya bilərəm. Doğrudan da adıçəkilən otel federasiyanın nəzdində, idarəçiliyində olan bir məkan deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Həmkarlar İttifaqının dünən "Altus" otelində keçirilməli olan mətbuat konfransı baş tutmayıb. Buna otel rəhbərliyinin yığıncağın təşkilinə ev sahibliyi etməkdən boyun qaçırması səbəb olub. Texniki problemi əsas gətirən rəhbərlik bildirib ki, oteli su basıb, mətbuat konfransı keçirmək üçün şərait yoxdur.

Qurumun rəhbəri Nazim Süleymanov isə bu işdə AFFA-nın əlinin olduğunu iddia edib. Maraqlıdır, veteran futbolçumuz niyə federasiyanın adını hallandırıb? Firuz bəy buna şərh vermək istəməyib: "Nazim müəllimin niyə AFFA-nın adını hallandırması ilə bağlı suala şərh verə bilmərəm. Bununla bağlı ən yaxşı cavabı özündən öyrənə bilərsiz".

AFFA rəsmisi Həmkarlar İttifaqının üzvləri adından ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlanmasına da münasibət bildirib: "Bu məsələyə də mənim şərh verməyim düzgün olmaz. Azərbaycan demokratik respublikadır. Bildiyim qədər, ölkə qanunları imkan verir ki, hər hansı təşkilat və ya fərd dövlət rəsmilərinə, ölkə prezidentinə müraciət ünvanlaya bilər. Müraciət AFFA-ya ünvanlanmadığından mənim hər hansı şərh verməyim düzgün olmaz".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"