"Qarabağ" və Ovusu onları nə gözlədiyini hələ bilmir" - BAŞ MƏŞQÇİ

24 Yanvar 2020 20:05 Qalmaqal 1 387
"Qarabağ" və Ovusu onları nə gözlədiyini hələ bilmir" - BAŞ MƏŞQÇİ

"Kordoba"nın baş məşqçisi Raul Aqne Kvabena Ovusunun "Qarabağ"a keçidinə münasibət bildirib. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis qanalı hücumçunun doğru hərəkət etmədiyini söyləyib:

"Ovusu "Kordoba"dan qaçdı. Futbolçu bizim komandada oynamaq istəmidiyi kimi, mən də onu burada görmək istəmirəm. Şadam ki, artıq bizlə deyil. Başa düşmək lazımdır ki, sizə pul verən bir klub var. Bu, hər şeydən üstündür".

Aqne 22 yaşlı forvardın düşərgəni icazəsiz tərk etdiyini deyib: "Klub və futbolçu onları nə gözlədiyini hələ bilmirlər. Ovusu komandanı tərk edəcəyi ilə bağlı bizə heç bir məlumat verməmişdi. "Vilyarrubia" ilə oyun başa çatdıqdan sonra mənə nəsə deyəcəyini gözlədim. Amma susdu. Ertəsi gün isə məşqə çıxmadı. Açığı, niyə belə etdiyini başa düşmədim. Heç də yaxşı hərəkət deyil".

Müqavilə ilə "Leqanes"ə məxsus olan Ovusu "Qarabağ"la 2,5 illik müqavilə bağlayıb. Cari mövsümün ilk hissəsini icarə əsasında "Kordoba"da keçirən afrikalının aşağı dəstə təmsilçisi ilə yaya qədər sözləşməsi var idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı