AFFA-nın təzyiqi Süleymanovun planlarını alt-üst etdi

24 Yanvar 2020 14:41 Qalmaqal 1 286
AFFA-nın təzyiqi Süleymanovun planlarını alt-üst etdi

AFFA Həmkarlar İttifaqının bu gün "Altus" otelində keçirilməli olan mətbuat konfransı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, buna otel rəhbərliyinin yığıncağın təşkilinə sahibliyi etməkdən boyun qaçırması səbəb olub. Texniki problemi əsas gətirən rəhbərlik bildirib ki, oteli su basıb, mətbuat konfransı keçirmək üçün şərait yoxdur.

Qurumun sədri Nazim Süleymanov isə "komanda.az"a açıqlamasında, otellə bağlı problemin yaranmasında AFFA-nın rolu olduğunu deyib. O, əvvəlcədən otelə "beh" verdiklərini, ancaq bu gün texniki səbəbdən konfransın keçirilməsinin mümkün olmadığını bildirib. Süleymanov heç bir texniki nasazlığın olmadığını və bunun AFFA-nın təzyiqi ilə əlaqəli olduğunu deyib.

Konfransın başqa bir oteldə keçirilməsi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti