Siqaret çəkənlərin əvəzinə "Qarabağ"ın qapıçısı

22 Yanvar 2020 11:34 Qalmaqal 1 229
Siqaret çəkənlərin əvəzinə "Qarabağ"ın qapıçısı

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub. Məhhərmov siqaret çəkdikləri üçün yığmadan kənarlaşdırılan qapıçılar - Elnur Hüseynovla Vüsal Şabanovun əvəzinə heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna üzrə komandası ilə yoxlama oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq