"Mən heç kimdən qaçmıram, adım-sanım var"

10 Yanvar 2020 16:50 Qalmaqal 2 354
"Mən heç kimdən qaçmıram, adım-sanım var"

“Biz heç yerə getməmişik, heç kimdən qaçmırıq. Nəyə görə istintaqa çağırılmalıyam ki mən? Elə bir söhbət yoxdur, ola da bilməz. Çayxanada olan xəbərləri götürüb yazırsız, mən burda, siz burda.

Bu sözləri Sportinfo.az saytına açıqlamasında millimizin keçmiş müdafiəçisi Saşa Yunisoğlu deyib.

Veteran futbolçu bildirib ki, o, I Divizionda gedən danışılmış oyunlarla bağlı hüquq-mühafizə orqanlarına izahat verməyib: "Mənim adım-sanım var. Belə xəbərə görə siz adamın karyerasını, gələcəyini məhv edə bilərsiz.

Mənə dünəndən Rusiya, Türkiyə, hər yerdən dost, tanış, qohum, əqrəba - nə qədər adam zəng edib, soruşurlar ki, nə məsələdir. Çox əsəbləşmişəm buna görə. Mən birinci divizionda oynayan adi futbolçu olmamışam.

Azərbaycan milli komandasının formasını geyinmişəm, bayrağımızı təmsil etmişəm. Elə çirkli işlərdə nəinki iştirak, hətta adımın belə, hallanması mənə aid ola bilməz. Çünki mən normal pul qazanacağım səviyyəli klublarda çıxış etmişəm. Elə bil, dəb düşüb, kim birinci divizionda oynayıbsa, deməli, danışılmış oyunlarda iştirak edib? Mən divizionda yalnız 1 il, öz də “Səbail”də oynamışam, AFFA-nın komandasında, Rövnəq Abdullayevin oğlunun klubunda. Elə bir şey olsaydı, bizi futboldan o vaxtdan silərdilər.

3 ildir futbolu qurtarmışam. Nəinki divizion, heç Premyer Liqanın oyunlarını da izləmirəm. Məni tanıyanların hamısı bilir ki, heç vaxt çirkli işlərdə əlim olmayıb. Harasa çağırılmağımın ümumiyyətlə əsası yoxdur. Sadəcə, adıma yalandan söz çıxır. “Rəvan”da Premyer Liqada oynamışam, mən ora gedəndə komanda ardıcıl 9 oyunda uduzmuşdu. Mən gələndən sonra nə qədər xal topladıq, “Qarabağ”ı udmuşuq, 3 dəfə “Neftçi”yə qalib gəlmişik. Sonda “Rəvan”ı çempionatda saxladıq. Sadəcə, komanda maliyyə problemlərinə görə Premyer Liqada qalmadı. Bu xəbərlər bilirsiz, nəyə oxşayır. Sanki kimsə özünü sığortalamaq istəyir, fikri yayındırmaq üçün günahı başqalarının üstünə atır".

Digər Xəbərlər
Xəbər Lenti