"Neftçi"dən CAS-a şikayət etdi - PULUNU İSTƏYİR

10 Yanvar 2020 12:43 Qalmaqal 1 662
"Neftçi"dən CAS-a şikayət etdi - PULUNU İSTƏYİR

"Neftçi"nin sabiq hücumçusu Lukas Qomes İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Bu barədə Sportinfo.az-a açıqlamasında argentinalı futbolçu özü məlumat verib. Bir müddət öncə klubdan FİFA-ya şikayət edən, ancaq qurumdan istədiyi cavabı ala bilməyən 32 yaşlı forvard bu dəfə CAS-a üz tutub. 2018-ci ilin yayında "Neftçi"dən göndərilən və klubdan pulunu ala bilməyən cənubi amerikalı budəfəki qərarın lehinə olacağına əmindir:

"Məsələ CAS-dadır, hələ gözləyirik. Amma əminik ki, bu dəfə qərar lehimizə olacaq. "Neftçi"nin hüquqşünası müqaviləyə belə bir bənd salmışdı ki, yerli federasiya "Neftçi" haqda hər hansı iddia ilə bağlı işi həll etməlidir. Mən isə menecerimlə bunu düz başa düşməmişik. Düşündük ki, FİFA-ya müraciət edək, onlar mənim əcnəbi olduğumu nəzərə alarlar. Çünki bu işlərdə böyük təcrübəyə sahibdirlər. Elə oldu ki, sonradan CAS-a şikayət ünvanladıq. Qurumdan cavab gözləyirik. Belə məsələlər orada adətən daha tez və futbolçunun xeyrinə öz həllini tapır. Lazım gəlsə, yenidən AFFA-ya da müraciət edəcəm".

"Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar"ın keçmiş futbolçusuna təqribən 60 min dollar verəcəyi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"