Zaur Həşimov: "Sözüm varsa, çağırıb üzünə deyəcəm"

6 Yanvar 2020 18:53 Qalmaqal 1 215
Zaur Həşimov: "Sözüm varsa, çağırıb üzünə deyəcəm"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov komandanın yarımmüdafiəçisi Elvin Məmmədovun onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirmək istəməyib.

Sportinfo.az-a danışan gənc mütəxəssis kiməsə mətbuat vasitəsilə cavab vermək istəmədiyini söyləyib. Həşimov Elvinlə heç bir şəxsi prinsipinin olmadığını söyləyib:

"Bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, buna "əvəzedici komandaya göndərilmək" deməyək. Demişəm ki, klub tapana qədər orada məşq edin, oynayın. Göndərilmək bir az yaxşı çıxmır. Çünki kimisə cəzalandıranda əvəzedici heyətə göndərirsən. Burada sırf yollarımızı ayırmaq məqsədi güdürük.

İstəyimiz odur ki, komandada rəqabət, yeni nəfəs olsun. Elvinin 23-lüyə düşməməyi, oynamamağı ona təsir edəcək. Bu səbəblərə görə, hörmət əlaməti olaraq, deyirəm ki, oynaya biləcəyiniz klublara gedin. Başqa qeyri-adi bir məqsəd yoxdur".

Həşimov deyir ki, futbolçu məşqçinin onunla işləmək istəməməsinə normal yanaşmalıdır: "Elvinin fikirlərinə münasibət bildirmək istəmirəm. Mən birinci məşqçi deyiləm ki, hansısa oyunçularla yolları ayırıram. Bu hallar indiyə kimi dəfələrlə baş verib, hazırda da olur, sonra da olacaq. Sadəcə, normal yanaşmaq lazımdır ki, məşqçi sənlə işləmək istəmir. Vəssalam. Burda nə var ki?!

Yenə deyirəm, bu barədə heç nə danışmayacam. Kimə sözüm varsa, çağırıb üzünə deyəcəm. Sözlərim tək bu məsələyə aid deyil. Kiməsə sözümü mətbuat vasitəsilə deməyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti