"Qarabağ"dan getdi, problemlə üzləşdi - "Bir dəfə etdim, yenə edərəm"

5 Yanvar 2020 11:00 Qalmaqal 1 118
"Qarabağ"dan getdi, problemlə üzləşdi -

"Bornmut" Asmir Beqoviçin "Vest Hem" və "Aston Villa" klublarından hər hansı birinə keçməsinə imkan verməyəcək. Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu, komandanın baş məşqçisi Eddi Hounun qərarıdır.

İngiltərəli mütəxəssis 32 yaşlı qolkiperin Premyer Liqada qalmaq uğrunda əsas rəqiblərindən heç birinə getməsini istəmir. Məhz bu səbəbdən bosniyalı qapıçının sözügedən klublara transferinin bloklandığı iddia olunur.

Baş məşqçinin qərarı Beqoviçin xoşuna gəlməyib. Təcürübəli oyunçunun "Bornmut"dan getmək üçün həftəlik maaşının 110 min funt-sterlinqə qədər endirilməsinə razı olduğu bildirilir: "Qarabağ"da oynamaq üçün bunu etmişdim. Yenə edərəm. Ancaq bu, tək məndən asılı deyil. Klub da kömək etməlidir".

Əgər Beqoviçin transferi alınmasa, "Aston Villa" və "Vest Hem" klubları onun həmyerlisi İbrahim Şehiçi heyətinə qata bilər. Yayda "Ərzurumspor"la müqaviləsi başa çatacaq Bosniya və Herseqovina millisinin 1 nömrəsinin təzminat məbləğinin 1,5 milyon funt olduğu iddia edilir. Bu isə ingilis klubları üçün elə ciddi məbləğ deyil.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!