Afrikalı futbolçunu Bakıda necə soyublar? - TAM TƏFƏRRÜAT

28 Dekabr 2019 18:33 Qalmaqal 852
Afrikalı futbolçunu Bakıda necə soyublar? - TAM TƏFƏRRÜAT

"Zirə"nin hücumçusu Mfo Kqasvanenin dekabrın 17-də Bakıda qaraçılar tərəfindən soyulmasının təfərrüatlarını əldə etmişik.

Sportinfo.az-a daxil olan məlumata görə, hadisə botsvanalı futbolçu xanımı ilə alış-verişdə olarkən baş verib. Afrikalı oyunçunu izləyən qaraçılar onun alış-veriş etdiyini görəndən sonra üzərində pul olduğunu müəyyənləşdiriblər.

Bu vaxt onlardan biri futbolçunun ayağından yapışaraq, yalvarmağa başlayıb, digər azyaşlı qız isə öz "işini görüb". Kqasvanenin ümumilikdə 800 manatı oğurlanıb.

Qaraçılar pulun 100 manatına özləri üçün paltar alıblar. Yerdə qalan hissəsini isə gizlədiblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılib. Qaraçılar pulun təqribən 700 manatını futbolçuya qaytarıblar.

Uşaqların yaşı 15-dən çox olmadığı üçün onlara cinayət işi açılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti