Üç ildir AFFA-dan xəbər gözləyir - "Dedilər ki, yer olsa..."

28 Dekabr 2019 16:45 Qalmaqal 1 659
Üç ildir AFFA-dan xəbər gözləyir -

"Burada işlərim qaydasındadır. Əsas odur ki, işsiz deyiləm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandamız və "Neftçi"nin sabiq masajçı-həkimi Faiq Hüseynov deyib. 20 ildən çoxdur Birləşmiş Ərəb Əmirliklərində yaşayan mütəxəssis Dubayın "Əl-Əhli" klubunda çalışır. 3 il öncə AFFA-ya öz xidmətini təklif edən Hüseynov hələ də federasiyadan cavab gözlədiyini deyir:

"Mənim Dubayda işim var. Milli komandaya lazım ola biləcəyimi düşünərək, 3 il öncə AFFA-ya rəsmi məktub göndərmişdim. Mənə dedilər ki, SV yaz. SV göndərdim, dedilər ki, gözlə. Hələ də gözləyirəm.

Bundan artıq nə etməliyəm? Sadəcə, düşünmüşdüm ki, bəlkə təcrübəmdən yararlanmaq istəyərlər. Sonra dedilər ki, yer yoxdur. Söylədilər ki, yer olsa, özləri əlaqə saxlayacaqlar. Görünür, hələ də mənə yer olmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda