"Keşlə" məşqçini qovdu! - RƏSMİ BƏYANAT

27 Dekabr 2019 18:30 Qalmaqal 1 549
"Keşlə" məşqçini qovdu! - RƏSMİ BƏYANAT

Məlum olduğu kimi, bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq daha 10 nəfərin futbolla məşğuliyyətinə qadağa qoyulub. Onlardan 2-si "Keşlə"nin təmsilçiləridir. Mehman Babayev əsas komandanın baş məşqçisi Tərlan Əhmədovun köməkçisi, Asif Səfərov isə komandanın inzibatçısı vəzifəsini tuturdu.

Artıq "Keşlə" adıçəkilən hər iki şəxsi klubdan uzaqlaşdırıb. Bu barədə Sportinfo.az-a məlumatı "Keşlə"nin mətbuat xidmətinin rəhbəri Murad Axundov verib. Klub rəsmisinin sözlərinə görə, hər iki futbol funksioneri ilə əməkdaşlıq rəsmən dayandırılıb.

Adı çəkilən şəxslər 2017-ci ildə “Binə”də çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.

Digər Xəbərlər
Xəbər Lenti