Dopinqdə "ilişən" milli üzvlərinin adları Sportinfo.az-da

26 Dekabr 2019 18:28 Qalmaqal 1 332
Dopinqdə "ilişən" milli üzvlərinin adları Sportinfo.az-da

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2019-cu ilin yekunlarına dair hesabat xarakterli mətbuat konfransı keçirib.

Qurumun direktoru Şəfəq Hüseynli bu il 1350 test keçirdiklərini deyib. Hüseynli araşdırmalar davam etdiyi üçün ad çəkməsə də, cari ildə boks, cüdo, ağır atletika, sambo, karate və güləş üzrə ümumilikdə 16 qayda pozuntusu faktının qeydə alındığını bildirib.

Sportinfo.az dopinqdən istifadə etmiş güləşçilərin kimliyini öyrənə bilib. Söhbət sərbəst güləş yığmamızın heyətində çıxış etmiş İran və Dağıstan güləşçilərindən gedir.

Onlardan biri - 125 kq-da 1 dəfə millimizin heyətində güləşmiş Seyid Məhəmmədrza Azərşakib bu ilin aprelində Avropa çempionatında yığmamızın tərkibində debüt edib və elə ilk görüşdəcə məğlub olub. Dopinq qəbul etdiyi aşkarlandığı üçün Dünya Güləş Birliyi tərəfindən 4 illik diskvalifikasiyaya məruz qalıb. Məhz ondan sonra millidən də kənarlaşdırılıb.

70 kq-da mübarizə aparan daha təcrübəli və titullu Murtuzəli Müslümov isə son olaraq bu ilin iyulunda "Yaşar Doğu" turnirinin qalibi olub. Ancaq dağıstanlı legionerin də dopinq testi müsbət nəticələnib və 4 illik cəzaya məruz qalıb. 26 yaşlı idmançı 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının gümüş, 1 il sonra isə Rusiyanın Kaspiysk şəhərində təşkil edilmiş Avropa çempionatının bürünc medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti