Yığmamızın futbolçusunun bacısının intiharı ilə bağlı - YENİ XƏBƏR

9 Dekabr 2019 10:08 Qalmaqal 1 155
Yığmamızın futbolçusunun bacısının intiharı ilə bağlı - YENİ XƏBƏR

Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısı Sevinc Qırtımovanın intiharı ilə bağlı cinayət işi başlanılıb. Sportinfo.az xəbər verir ki, hadisə dekabrın 8-i gecə saat 02 radələrində baş verib.

1992-ci il təvəllüdlü S.Qırtımova intihar etdiyi Əsəd Əhmədov küçəsində yerləşən binanın 18-ci mərtəbəsində kirayə yaşayırmış. Hadisə yerinə və meyitə baxış keçirilib.

Yasamal rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, onun intihar etməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti