QALMAQALLI OLAYI Ağır söyüş söydü, bir neçə yumruq "yedi"

2 May 15:00 Qalmaqal 927
QALMAQALLI OLAYI Ağır söyüş söydü, bir neçə yumruq "yedi"

I Liqada növbəti qalmaqal baş verib. İnsident 24-cü tur çərçivəsində keçirilən «Difai» - «Mingəçevir» matçından (1:4) sonra qeydə alınıb.

«Mingəçevir»in qapıçısı Elməddin Məmmədovla Riad Abbaszadə arasında yaşanan olay baş hakim Tural Qurbanovun hər ikisinə qırmızı vərəqə göstərməsiylə nəticələnib.

Qarşıdurmaya səbəbəkar E.Məmmədov olub. O, oyunun sonlarına üzünü rəqib komandanın ehtiyat skamyasına tərəf tutaraq, qeyri-etik ifadələr işlədib.

Bu zaman R,Abbaszadə ona reaksiya verib. Final fitindən sonra isə «Difai»nin yarımmüdafiəçisi kiperə yaxınlaşaraq, niyə söyüş söydüyünü soruşub.

Dilini dinc qoymayan «əlcək sahibi» bu dəfə lap ağır ifadələrdən istifadə edib. Təbii, dediyi söz qarşılıqsız qalmayıb.

Riad ona cavabö qaytarıb və bununla da kifayətlənməyib, Elməddini bir neçə zərbəylə yerə sərib.

Referi bir qədər kənara çəkilərək, tərəflərin sakitləşməsini gözləyib. «Mingəçevir»in futbolçuları Məmmədovu «aradan çıxarsa» da, T.Qurbanov onun paltardəyişmə otağından geri qaytımasını tələb edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti