Mahir komandasına vurulan qolu “like” etdi, qalmaqal yaratdı - FOTO

13:20 Qalmaqal 446
Mahir komandasına vurulan qolu “like” etdi, qalmaqal yaratdı - FOTO

Kayzerslautern”də çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli qalmaqalla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, komandasının buraxdığı qolu “like” etməklə azarkeşlərin hədəfinə çevrilib.

Belə ki, ikinci Bundesliqanın son turunda Mahirin hazırkı komandası “Kayzerslautern” onun keçmiş klubu “Nürnberq”lə qarşılaşıb.

1:1 hesabı ilə başa çatan matçda Emrelinin sabiq komanda yoldaşı Robin Knohe penaltidən qol vurub. O, qolunu sosial şəbəkə hesabında paylaşıb və Mahir də həmin paylaşımı bəyənib.

Bununla da millimizin forvardı həm medianın, həm də azarkeşlərin tənqid hədəfinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti