
AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb.
Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.
Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.
Qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.