“İmişli”də GƏRGİNLİK - Əcnəbilər rəhbərliyə etiraz etdi, pul istədilər

19:20 Qalmaqal 889
“İmişli”də GƏRGİNLİK - Əcnəbilər rəhbərliyə etiraz etdi, pul istədilər

Premyer Liqanın dördüncü turu çərçivəsində keçirilən “İmişli” - “Sumqayıt” qarşılaşmasında nominal meydan sahibləri 1:0 hesablı qələbə qazandı.
Lakin bu sevinc uzun sürmədi.

Adı iştirak ərizəsində olmayan İbrahim Əliyev meydana çıxdığına görə İmişli təmsilçisinə texniki məğlubiyyət veriləcək.

Oyundan sonra “İmişli” düşərgəsində gərginlik yaşanmaqdadır.

Portuqaliyalı baş məşqçi yol verilən xətaya görə mətbuat konfransına qatılmaqdan imtina edir, danışmağa sözünün olmadığını deyir.

Baş məşqçinin köməkçiləri isə qazanılan 3 xala görə mükafat tələb edir, rəsnilərdən kobud səhvin cavabdehinin tapılmasını istəyirlər.

Hazırda gərginlik davam edir.

HƏBİB // SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti