Stadionda gərginlik: Özündən çıxdı, klub rəsmisinə səsləndi - VİDEO

25 Avqust 2025 22:20 Qalmaqal 1 460
Stadionda gərginlik: Özündən çıxdı, klub rəsmisinə səsləndi - VİDEO

Premyer Liqanın 2-ci turu çərçivəsində “KəpəZ” Qəbələdə “Karvan-Yevlax”ı qəbul edib - 2:3.

Nominal meydan sahiblərinin ilk hissənin gedişində məğlub duruma düşməsi azarkeşləri özündən çıxarıb.

Hakimin ilk yarının bitdiyini elan edən fitindən dərhal sonra mərkəzi sektorda yer alan fanat əsəblərinə hakim ola bilməyib.

O, üzünü VİP-lojada əyləşən İlqar Nadiriyə tutaraq klub rəsmisini kobud şəkildə istefaya səsləyib:

“Tərlanı da yıxdın (Tərlan Əhmədov - H.), Adili də yıxdın (Adil Şükürov). Bəsdir daha”!

Polislərin müdaxiləsindən sonra gəncəli azarkeşi sakitləşdirmək mümkün olub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA