.jpg)
“Kəpəz”in icraçı direktoru İlqar Nadiri avqustun ilk günündə akademiyada çalışan məşqçilərlə bir araya gəlib.
Bazada baş tutan görüşdə Nadiri yeni qəbul olan qərarı məşqçilərin diqqətinə çatdırıb.
Bildirib ki, yeni mövsümdən etibarən aşağı yaş qruplarında çalışan məşqçilərlə müqavilə 12 aylıq yox, 11 aylıq şərtlə bağlanacaq.
Yəni növbəti mövsüm üçün məvaciblər bu ilin avqustundan gələn ilin iyun ayına qədər nəzərdə tutulacaq. 2025-in iyul ayında əməkhaqqı verilməyəcək.
Rəsminin bu sözləri mütəxəssisləri özündən çıxarıb. Nadiridən iyul ayında ailə və övladlarını dolandırmaq üçün pulu hardan qazanacaqlarını soruşanda, eşitdikləri cavab qısa olub:
“Qərar belədir. Kim istəyir, işləsin, kim istəmir, qapılar açıqdır”.
İcraçı direktor verilən qərarın klubun yeni sponsorlara məxsus olduğunu deyib. Bu an narazıların “sponsor özü bizimlə niyə görüşmür” sualını eşidib.
Nadiri az öncə işlətdiyi sözləri yenidən təkrarlayınca, görüş başa çatıb.
Bazadan çıxan 20-dən artıq məşqçi deyilən şərtlə işləməməklə bağlı aralarında söz qoyublar.
Onlar əvvəlki əsasla çalışmaqda maraqlıdır. Digər klublarda necədirsə, “Kəpəz”də də eyni sistem olsun. Maaşlar ilin 12 ayı verilsin.
Bu qədər məşqçinin işdən ayrılması Gəncə təmsilçisinin aşağı yaş qrupları üçün ciddi problem yarada bilər.
Mpvzuya qayıdacağıq...
HƏBİB / SPORTİNFO.AZ