QALMAQAL! Ata oğlunu bəyənməyən baş məşqçi ilə MÜBAHİSƏ ETDİ

28 İyul 2025 11:00 Qalmaqal 1 626
QALMAQAL! Ata oğlunu bəyənməyən baş məşqçi ilə MÜBAHİSƏ ETDİ

«Kəpəz»in baş məşqçisi Adil Şükürov növbəti dəfə diqqət mərkəzinə düşüb.

Çətin və ziddiyətli xarakteri ilə bilinən mütəxəssis yenə qalmaqala səbəb olub.

O, klubun yetirməsi Mahir Həsənovu düşərgədən uzaqlaşdırıb. Və bunu normal şəkildə etməyib.

Çalışdırıcı U-21 yığmasının da formasını geyinmiş müdafiəçi ilə sərt şəkildə davranıb, onun xidmətinə ehtiyac duymadığını bildirib.

Olaya Mahirin atası da müdaxilə etmək məcburiyyətində qalıb. Şükürovun oğluna «sən futbolçu deyilsən» söylədiyini eşidən valideyn baş məşqçi ilə mübahisə edib, «elə səndən də məşqçi olmayacaq» deyib.

Tərəflər arasında gərginliyin pik həddə çatmasının qarşısını yaxınlıqdakı şəxslər alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA