
"ASK Arena"da cadu tapılmas barədə verdiyimiz eksklüziv xəbərin yaratdığı reaksiya böyük oldu.
Bilindiyi kimi, burada "Barselona"nın akademiya yerləşəcəyindən, təmir-bərpa və yenidənqurma işləri aparılır.
Arenada çalışan şirkətəməkdaşları şok vəziyyətə düşüb. Süni qazonun sökülməsi zaman tapılan bəzi əşyaları onlarda heyrət yaradıb.
Belə ki, süni meydançanın altından bir neçə bükülü tapılıb. Sökük hissələrdən qazonun alt hissəsinə yerləşdirilən həmin bükülülərin cadu olması müəyyənləşib.
Əcaib-qəraib hərflər yazılmış kağız parçaları, qıfıl, açar, dırnaq, qara yağ və bəzi fotolar… Bunlar oradan çıxanlardır.
Saytımız həmin nümunələrdən bir neçəsini əldə edə bilib. Çox çətinliklə olsa da.
Burada daha kimlərin adları yoxdur ki..! Ölkə futbolunda üzdə olan kimlər varsa, əksəriyyətinin isimləri burada qeyd edilib.
Rəşad Sadıqov, Səlahət Ağayev, Sənan Qurbanov, Eldəniz Yusifov, Aqil Məmmədov və neçə-neçə şəxsin…
Aşağıda yerləşdirdiyimiz şəkillərə diqqət yetirsəz, görərsiz ki, bu, eyni komandaya qarşı edilən cadular deyil.
Məqsəd ayrı-ayrı futbolçuları, klub idarəçilərinin «yolunu bağlamaqdır». Pis əməli düşünənlər müxtəlif kateqoriyalı adamları hədəf seçib.
SPORTİNFO.AZ