Bakıda ŞOK OLAY! "Barselona" üçün iş görülən stadiondan cadu tapıldı

21 İyul 13:00 Qalmaqal 4 601
Bakıda ŞOK OLAY! "Barselona" üçün iş görülən stadiondan cadu tapıldı

Məlum olduğu kimi, "Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb.

Akademiyanın yerləşəcəyi "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri aparılır.

Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydannın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.

Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunacaq.

Və…

Şirkətin əməkdaşları işləri həyata keçirdiyi bugünlərdə şok vəziyyətə düşüb. Süni qazonun sökülməsi zaman tapılan bəzi əşyaları onlarda heyrət yaradıb.

Belə ki, süni meydançanın altından bir neçə bükülü tapılıb. Sökük hissələrdən qazonun alt hissəsinə yerləşdirilən hdəmin bükülülərin cadu olması müəyyənləşib.

Əcaib-qəraib hərflər yazılmış kabız parçaları, dırnaq, qara yağ və bəzi fotolar… Bunlar oradan çıxanlardır.

Şəkillərin bəzisi yararsız hala düşüb və yalnız birinin kimə aid olması bilinib. O da ki, məşqçidir.

Hazırda bunu dəqiqləşdirməyə çalışırıq və istəyirik ki, onun adını açıqlayaq. Odur ki, bizi izləməkdə davam edin…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma