QALMAQAL! İranlı iş adamı Azərbaycanda bu klubu TƏHDİD ETDİ - Buranı boşaldın, yoxsa...

19 İyul 13:00 Qalmaqal 1 561
QALMAQAL! İranlı iş adamı Azərbaycanda bu klubu TƏHDİD ETDİ - Buranı boşaldın, yoxsa...

«Dinamo» gözləmədiyi problemlə üzləşib.

II Liqanın iştirakçısı Abşeron Olimpiya Kompleksindən çıxarıla bilər,

Иu tələbi irəli sürən isə nə Gənclər və İdman Nazirliyinin (GİN) rəhbərliyidir, nə də kompleksin. Çünki klub onlar qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir və bu sarıdan hansısa fikir ayrılığı yoxdur.

«Dinamo»da gündəmi qarışdıran iranlı iş adamıdır. Belə ki, Rza İbrahimi adlı şəxs komandanın nümayəndələri ilə əlaqə saxlayaraq, onlardan kompleksi boşaltmalarını istəyib.

Arazın o tayından olan biznesmen iddia edib ki, idman qurğusunu 10 illik icarəyə götürüb və gələn həftədən burada böyük yenidənqurma işləri aparılacaq.

O, iylun 21-dək «Dinamo»ya və Cavadov adına Bakı Futbol Akademsiyasına (İCBFA) vaxt verib.

Bildirib ki, əgər «Dinamo» və İCBFA deyilən tarixdə kompleksi öz xoşuyla tərk etməsə, zorla msəkandan uzaqlaşdırılacaq.

Gözlənilmədən zəngdən şoka düşən klub rəhbərliyi məsələn araşdırmaq üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Ax; kompleks GİN-nin balansındadır və nazirlikdən xəbərsiz addım atılması mümkün deyil.

Abşeron Olimpiya Kompleksi 8 ildir İCBFA-nın istifadəsindədir. Akademiyanın 10 yaş qrupu üzrə komandası gündəlik məşqləri sözügedən mərkəzdə keçirir.

2023-cü ildə fəaliyyətini bərpa edən «Dinamo» da həmin tarixdən etibarən kompleksin stadionuna sığınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR