Mahir Emrelini vurdular, ara qarışdı - QALMAQALlı olaydan VİDEO+FOTO

12:40 Qalmaqal 517
Mahir Emrelini vurdular, ara qarışdı - QALMAQALlı olaydan VİDEO+FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti