“Rədd olsunlar, oynadıqları futbol başlarına dəysin!” - GÜNDƏM QARIŞDI

6 İyun 16:40 Qalmaqal 20 419
“Rədd olsunlar, oynadıqları futbol başlarına dəysin!” - GÜNDƏM QARIŞDI

Milli çempionatların başa çatdığı vaxtda futbolsevərlər “”futbol aclığını” yığma komandaların oyunları aradan qaldırmalıdır.

Azərbaycan seçməsi yoldaşlıq görüşləri çərçivəsində iyunun 7-də Riqada Latviya ilə üz-üzə gələcək, iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

Artıq xeyli vaxtdır AFFA macarlarla oyunun reklamı yönündə müəyyən işlər görür, azarkeşlərin stadiona gəlməsi ilə bağlı təbliğat aparılır.

Lakin ümumi vəziyyət əvvəlki kimidir, dəyişən heç nə yoxdur.

Ölkə futbolsevərləri Avropa çempionu Fernandu Santuşun gəlişindən sonra belə, milliyə inanmır, müsbət nəticələrə ümid etmir.

Uzağa getmədən milli komandanın sosial media səhifələrində çağırışla bağlı paylaşımlara yazılan şərhlərə baxsaq, ümumi vəziyyəti təsəvvür etmək çətin olmayacaq:

“Onsuz da əlimi üzmüşəm. Allah köməkləri olsun”.

“Böyük futbolun elçiləri, minifutbol komandamızdan ibrət götürün”.

“Macarlar minifutbolun cavabını verməsələr yaxşıdır”.

“Milli var ki, dəstək də olaq. Rədd olsunlar, oynadıqları futbol başlarına dəysin”.

“Estoniyanı uda bilmirlər, gedib macarlarla oynayırlar”.

“Minifutbol millimizi göndərin, 4:2-ni təkrarlasınlar”.

“Özümə hörmət etdiyim üçün bunların oyununa bilet almaram”.

“Təklif budur ki. millinin oyunları canlı yayımlanmasın. Bu nəsildən bir şey çıxan deyil. Ümidimiz 5-6 il sonrayadır. O da ki, bəlkə nəsə olar”.

“Dünyada yeganə komandayıq ki, kontorlar da bizə kömək edə bilmir. Boşuna bilet almayın, onsiz da uduzacaqlar”.

“Afişanın əsas səhifəsində Toralın, arxa fonda Elvinin şəkli olan milli komandanın oyununa baxmaq üçün biletə 2 manat verib Mərdəkana getmək üçün həddən artıq içməlisən”.

“Vaxt var idi milli oynayanda bilet tapılmırdı. İndi özləri yalvarır, ancaq gedən yoxdur”.

İyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək matçın start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!