Azərbaycanda gündəm yaradan əcnəbi oyunçunun başına bi hadisə gəldi - VİDEO

3 İyun 13:40 Qalmaqal 429
Azərbaycanda gündəm yaradan əcnəbi oyunçunun başına bi hadisə gəldi - VİDEO

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Sabah” oyunu (2:3) ilə bağlı qərarlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” 4, “Sabah” isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimələnib.

Görüşün 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib.

Həmin vaxt hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən ağdamlılarınəlcəzairli yarımmüdafiəçisi Yassin Benzia 5 matçlıq diskvalifikasiya olunub, klubunu 3000 manat ziyana salıb.

Digər Xəbərlər
Xəbər Lenti