Azərbaycanda futboldan ömürlük uzaqlaşdırılan şəxa görün, indi nə edir! - VİDEO

16:00 Qalmaqal 479
Azərbaycanda futboldan ömürlük uzaqlaşdırılan şəxa görün, indi nə edir! - VİDEO

Bir neçə il öncə futboldan ömürlük uzaqlaşdırılmış Ramil Kərimov yenidən bu sahəyə dönüb.

2019-cu ildə barəsində müvafiq qərar çıxarılmış keçmiş qapıçı məşqçiliyə başlayıb.

həmin vaxt I Liqada çıxış edən “Ağsu”nun formasını geyinmiş kiper hazırda Mingəçevirdə işləyir.

Peşəkar Futbol Liqasının rəsmi saytının onun da adı keçən həmin xəbərində deyilir:

“Ağsu“, “Turan Tovuz” və “Zirə-2”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur».

«Romaşka» ləqəbli sabiq qapıçı hazırda «Ulduzlar» akademiyasında çalışır. Buranı yaradan isə «Mingəçevir»in rəhbər şəxslərindən Ruslan Həmidovdur.

Düzdür, R.Kərimov hələlik «Ulduzlar»da qeyri-rəsmi formada işləyir, amma… Amma onun futboldan ömürlük uzaqlaşdırılması hamıya bəllidir. Eləcə də Ruslan Həmidovun özünə.

O, tez-tez «Mingəçevir»in düşərgəsinə baş çəkir, komandanın hazırlıq prosesində iştirak edir.

«Romaşka»ya R.Həmidovla yanaşı, baş məşqçi Füzuli Məmmədov da az köməklik göstərir. Onun yenə qeyri-rəmi şəkildə klubda inzibatçı vəzifəsinə götürülməsi gözlənilir.

Görəsən, niyə? Tutaq ki, Ruslan Həmidovun Ramil Kərimovla hansısa bağlılığı var, bəs «Mingəçevir» rəhbərliyi hara baxır?

Şəhərin futbol həyatına məsul şəxslər niyə bu prosesi görməzdən gəlir? Maraqlıdır nədir?

Olmaya, onların Kərimovun yanında gözükölgəli işləri olub?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti