DAVALI OLAY! Necə əsəbiləşdisə, birinə qarşı kobudluq etdi, digərini vurdu - VİDEO

14:25 Qalmaqal 188
DAVALI OLAY! Necə əsəbiləşdisə, birinə qarşı kobudluq etdi, digərini vurdu - VİDEO

I Liqada XXVI turun "Qəbələ" - "Zaqatala" matçında (4:0) futbolçular arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, 59-cu dəqiqədə qonaq komandanın kapitanı Roini İsmayılov meydan sahiblərindən Şahin Şahniyarova qarşı kobud oynayıb.

Şahniyarov buna görə irad bildirdikdə tərəflər arasında münaqişə yaranıb. Olaya digər oyunçulardan bəziləri də qarışıb. İnsident zamanı İsmayılov "Qəbələ"nin digər futbolçusu Süleyman Damadayevi vurub.

Ara sakitləşdikdən sonra baş hakim Emil Əliyev "Qəbələ"dən Ruslan Voronsov və Asim Babazadəyə, "Zaqatala"dan isə Roini İsmayılova sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti