
“Neftçi”nin futbolçusu ilə azarkeş arasında problem yaşanıb.
Olay “ağ-qaralar”ın “Kəpəz”lə 2:2 hesabıyla bərabərə qaldığı oyunun ertəsi gün baş verib.
“İnstagram”da “Neftçi Baku Fan Page” adlı azarkeş səhifəsini işlədən Elçin Həbibli adlı şəxs Yuri Matiasın Azərbaycanı dollarla dolu çanta ilə tərk etməsini əks etdirən karikaturanı paylaşaraq braziliyalı müdafiəçinin mövsümün sonunda “ağ-qaralar”ı tərk edəcəyinə dair xəbərlərin yayıldığını yazıb.
Və futbolçu barədə “təlxək” ifadəsni işlədib.
Paylaşımı görən Matias mesaj qutusuna daxil olaraq azarkeşi çox ağır formada təhqir edib. Nəticədə aralarında belə bir dialoq yaranıb:
Y.M: Burada bir təlxək varsa, o da sənsən. Hansı ki, heç kimə hörmət etmədən səhifənin arxasında gizlənirsən. (ağır təhqir) İndi isə yazdığımı tərcümə et.
E.H.: Sən çox pis insansan. Bu formaya layiq olmayan sizsiniz. Sən (təhqir), onlar da sənin kimi əclaflardır.
Y.M.: “Sən zibilsən! Üzünü göstər, avara! Sən heç kimə hörmət etmirsən. Bu cür əməllərinə görə Allahın qarşısında cavab verəcəksən. O, hər şeyi görür. Öz (təhqir) qoru”.
E.H.: Sizin kimi futbolçular klubumuzun adına ləkədir. Bu oyunçular bu kluba layiq deyillər. Sizin kimi aktyorlar və klounlar rədd ediləcək. Sən də rədd ediləcəksən, alçaq!
Y.M.: “Hamınız gedin (təhqir). Nə istəyirsiz, (təhqir)? Deyəsən, sənə çox vaxt ayırdım. İndi isə get (təhqir)”.
Təlxək, kloun kimi ifadələr xoş qarşılanmasa da, gündəlik həyatda bir-birimizə deyə biləcəyimiz sözlərdir. Lakin bir futbolçunun özündə cəzarət qapıb azarkeşin ailə üzvünü təhqir etməsi...
HƏBİB