COP29

Dörd aydan sonra sükutu pozdu, “Sportinfo”ya açıqladı: “Mən heç vaxt “qumar” oynamamışam”

21 Oktyabr 21:00 Qalmaqal 2 219
Dörd aydan sonra sükutu pozdu, “Sportinfo”ya açıqladı: “Mən heç vaxt “qumar” oynamamışam”

“Mən bu açıqlamanı verib-verməmək barədə çox fikirləşdim, axırda özüm-özümə dedim ki, artıq danışmalıyam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq məşqçisi Xəqani Məmmədov deyib.

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi bu ilin iyun ayında ona 2 il müddətinə şərti cəza verib.

Elmar Baxşıyevin köməkçisi “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğu üçün bu halla üzləşib.

Ona 24 ay sınaq müddəti təyin edilib. Səbəbkar 4 aydan sonra olanları danışmaq qərarına gəlib və bu məqsədlə redaksiyamıza üz tutub.

Gəlin, X.Məmmədovu dinləyək və hər şüyi öz dilindən eşidək:

“Bir neçə variant ağlıma gəldi, düşündüm ki, elə «Sportinfo»ya danışsam, yaxşı olar.

Bildiyiniz kimi, bu gün mən işsizəm. Qıraqda qalmaq mənə çox ağırdır. Həmişə futbolun içində olmuş adamam.

Məlum hadisəylə bağlı onu deyim ki, idman saytlarının birində Avropa çempionatının oyunlarıyla bağlı yazı getmişdi, onun da altında «teleqram» kanalı oxucuların rəyini soruşurdu.

Mən də istədim bir ekspert kimi rəy bildirəm. Halbuki məşqçi və futbolçuların bu cür idman yarışlarına rəy bildirməsinin yolverilməz olmasından xəbərim var idi.

Bu da bizimlə bağlanan peşəkar müqavilələrdə öz əksini tapıb. Orda qeyd edilib ki, ölkə çempionatında çıxış edən məşqçi və futbolçular mərc oyunlarına rəy bildirməməlidir.

Həmin «teleqram» kanalında hesab yazdım, AFFA bunu müəyyən elədi. Araşdırma apardılar və gördülər ki, mən bilməyərəkdən xəta etmişəm.

Ona görə də 2 illik şərti cəza verdilər. Bu da o deməkdir ki, mən futbolda işləyə bilərəm, amma iki il ərzində bir də belə hal aşkar olunarsa, məni sərt cəza gözləyir.

Bəzi xəbər saytarında haqqımda həqiqəti əks etdirməyən fikirlər söylənilib. Yaxından tanıyanlar bilir ki, mərcə girişmək mənim tərbiyəmə, əxlaqıma sığışmayan bir şeydir.

İstəmirəm ki, məni tanımayanlar da başqa şey fikirləşsin. Mən heç vaxt «qumar» oynamamışam.Bu iddialar tamamilə yalandır».

Digər Xəbərlər
Xəbər Lenti