COP29

AFFA bu klubun etdiyi özbaşnalıqlara nəvaxtadək göz yumacaq?

18 May 13:00 Qalmaqal 2 899
AFFA bu klubun etdiyi özbaşnalıqlara nəvaxtadək göz yumacaq?

Bugünlərdə «CBC Sport» kanalında yayımlanan «Bizim Futbol» verilişində iştirak edən AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev Premyer Liqa, I və II Liqalarda olan mövcud durum, yeni İcraiyyə Komitəsinin perspektiv inkişaf strategiyası ilə bağlı sualları cavablandırıb.

Federasiya mənsubu, o cümlədən, aşağı liqaları içinə alan problemlər, danışılmış oyunlar, idarəçilikdə olan nöqsanlar və sair məsələlərə aydınlıq gətirib.

Onun I Liqanın XIX turu çərçivəsində keçirilən «Qaradağ Lökbatan» - «İrəvan», XXIV tura təsadüf edən MOİK- «İrəvan» oyunları barədə UEFA-dan ciddi siqnalların daxil olmasına dair söylədiklərinə aparıcı Şəmsəddin Abbasovun bir qədər təəccüb, bir qədər də bezmiş halda "yenə «İrəvan»?» deməsi diqqət çəkib.

Yenə «İrəvan»?

Bəli, çox təəssüf ki, yenə «İrəvan!
O, nöqsanları sadalayarkən, «İrəvan» barədə üstüörtülü şəkildə danışan Sərxan Hacıyevə bununla istiqamət vermiş oldu. UEFA

tərəfindən daxil olmuş siqnallardan danışarkən, konkret hansı klubu nəzərdə tutduğunu açıqlamağa vadar etdi.

Aylardır oyunçu, məşqçi və inzibati heyətin əməkhaqqını ödəməyən, oyuna getməyən, adı protokolda qeyd olunmayan futbolçunu meydana buraxaraq texniki məğlubiyyət alan, İntizam Komitəsinin çıxardığı qərarları heçə sayan kluba qarşı Əsasnamənin tələblərinə uyğun halda sanksiya tətbiq olunub-olunmayacağı yeni AFFA rəhbərliyinin ədalətə, idman prinsiplərinə nə qədər önəm verməsinin göstəricisi olacaq.

Oyun «alver»inə görə 2 oyunçusu futboldan ömürlük «silinən», daha 2 oyunçusu 1 il müddətinə futboldan uzaqlaşdırılan «İrəvan»ın xallarını silmək artıq AFFA-nın üzərinə düşən vəzifədir.

Keçmiş məşqçisi (Aleksandr Jidkov) və futbolçusu (Asim Əlizadə) qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirməyən klubun I Liqada saxlanılması digər bütün iştirakçılara hörmətsizlik olar.

Yenə «İrəvan» temasında ayrı-seçkilik salsalar, digər yarışmaçıların tam haqqı çatır ki, federasiyaya sərt şəkildə etiraz bildirsinlər.

Mayın 27-də AFFA-nın Lisenziyalaşdırma Komitəsi bir araya gələcək və növbəti mövsümlə əlaqəli qərarları açıqlayacaq. Ən çox maraqla gözlənilən elə «İrəvan»a aid yanaşmanın necə olacağıdır.

Maliyyə «feyr-pley»inə məhəl qoymayan, əvvəlki və indiki personalına xeyli borcu yığılıb qalan, bu borcları qaytarmaq üçün AFFA-nın özü tərəfindən mayın 1-nə kimi vaxt verilən, aradan keçən günlər ərzində də problemlərin həlli yönündə addım atmayan «İrəvan» rəhbərliyinin əməllərinə göz yumularsa…

Gərək federasiya başbilənləri bir daha şəffaflıqdan, düzgünlükdən, inkişafdan söz açmasın, medianın tənqidlərinə hazır olsun.

Bilindiyi kimi, mövsümün yekunlarına əsasən, «Araz Saatlı» I Liqanı tərk etməlidir. «Araz» 6 ildir fəaliyyət göstərsə də, peşəkar statusla birinci sezonu arxada qoydu.

Saatlı kimi 81 illik keçmişi olan rayonun ilk profesional futbol klubunu indiki halda yarımhəvəskar sayılan II Liqaya göndərmək nə dərəcədə düzgündür?

«Araz» pis darə olunmur, infrastruktur layihələrinə diqqət ayırırlar. Stadionları var, yeməkləri, içməkləri var. Futbolçuların və məşqçilərin ödəmələrini vaxtlı-vaxtında edirlər.

Gözünüz aydın, rayon ərazisində yeni baza da tikirlər. Bu insanları daha da həvəsləndirmək lazım deyilmi? «Araz»a yenə bir şans verilməlidir.

«İrəvan» rəhbərliyinin çıxdığı hoqqaları görən AFFA «Araz»a pley-off mərhələsində iştirak haqqı tanımalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"