Azərbaycan çempionatında daha bir oyunla bağlı xəbərlər yayılıb.
Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.
Qurum rəsmisi qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri "SportRadar" şirkətindən siqnal aldıqlarını çatdırıb:
"Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm.
Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - "Difai Ağsu" matçından gedir.
Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik.
Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək".
Sözügedən oyun "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.