COP29

Azərbaycan çempionatında futbolçular arasında əlbəyaxa dava - VİDEO

26 Dekabr 2023 00:50 Qalmaqal 1 391
Azərbaycan çempionatında futbolçular arasında əlbəyaxa dava - VİDEO

Azərbaycan I Liqasında XII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Karvan" Yevlaxda "Zaqatala"nı qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın sonunda - 88-ci dəqiqədə insident yaşanıb.

Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin xoşuna gəlməyib.

Nəticədə ona etiraz edərək, vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.

"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyniylə rəqib oyunçuya zərbə endirib. Bundan sonra vəziyyət bir qədər də gərginləşib.

Onları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu, oyundakı ilk insident olmayıb. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanıb. A

ncaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərib.

Xallarını 16-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 18 xalı olan "Karvan" isə 6-cı yerdədir.

Yevlax şəhər stadionu. 400 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Səbuhi Soltanov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Ruslan Voronsov, 31 (qeyri-idman hərəkəti); Müşfiq Teymurov, 84 (hakimin qərarına etiraz); Əli Abdullayev, 90 (qeyri-idman hərəkəti) // Nizami Səmədov, 31 (qeyri-idman hərəkəti); Roini İsmayılov, 40 (qeyri-idman hərəkəti); Rüstəm Nuruyev, 55 (qeyri-idman hərəkəti); Fredirik Umera, 79 (qeyri-idman hərəkəti); İbrahim Qədirzadə, 90 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Amil Orucov, 86 (qeyri-etik ifadə və ya hərəkət); Ruslan Voronsov, 90 (təcavüzkar davranış) // Rüstəm Nuruyev, 85 (qeyri-etik ifadə və ya hərəkət)
Rəsmi şəxsə göstərilən qırmız vərəqə: Nəsib Əliyev (“Zaqatala”), 86 (hakimin qərarına etiraz);
Qollar: Roini İsmayılov, 25 (p.); Uoren Lloyd, 84
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 9 dəq.

“Karvan”

99. Şahin Zəkiyev
88. Müşfiq Teymurov (k)
10. Akif Tağıyev
19. Ruslan Voronsov
6. Anqenor Qnapi
(11. Elnur Mustafazadə, 62)
7. Ceyhun Muxtarlı
3. İzzət Müştaqov
8. Peter Kinqs
18. Elvin İsmayılov
22. Əli Abdullayev
14. Uensley Ondo

Ehtiyat oyunçular:

1. Amil Orucov
12. Tornike Kvaratsxeliya
4. Milad Bayrampur
2. Əzəmət Ələkbərli
9. Zaur Fərzəliyev
5. Əyyub Cabbarov
20. Cavanşir Cavanşirov

Baş məşqçi: Kənan Kərimov

“Zaqatala”

1. Davud Şabanov
7. Bəhruz Teymurov
(20. Nicat Oruclu, 81)
8. Roini İsmayılov (k)
10. Rəhman Şabanov
(55. Firuz Əhmədov, 81)
70. Steyn Essono
15. İbrahim Qədirzadə
(77. Nicat Məmmədov, 90+7)
14. Rüstəm Nuruyev
19. Nizami Səmədov
(99. Uoren Lloyd, 60)
24. Cavad Qurbanlı
17. Elmir Abbasov
25. Fredirik Umera

Ehtiyat oyunçular:
9. Emil Abbasov
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"