Premyer Liqada qalmaqallı qərar: Belə “qırmızı” olar? - VİDEO

15 Sentyabr 2023 17:50 Qalmaqal 1 025
Premyer Liqada qalmaqallı qərar: Belə “qırmızı” olar? - VİDEO

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində hazırda davam edən “Zirə” – “Sumqayıt” matçının baş hakimi Kamranbəy Rəhimov qalmaqallı qərarı ilə yadda qalıb.

Sportinfo.az. xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində o, meydan sahiblərinin müdafiəçisi Pyer Zebliyə qırmızı vərəqə göstərib.

Maraqlıdır ki, epizodun təkrarında qərarın şübhəli olduğu görünsə də, K.Rəhimov VAR-da təkrara baxmayıb.

Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov etiraz etsə də, referi onun da narazılığına əhəmiyyət verməyərək qərarı qüvvədə saxlayıb.

Kamranbəy Rəhimov həmçinin “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da qırmızı vərəqə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"