Qarabağ qazisini vurdular, yoldaşlarını təpiklədilər, hakim susdu – Regionda QALMAQAL!

6 Fevral 14:40 Qalmaqal 518
Qarabağ qazisini vurdular, yoldaşlarını təpiklədilər, hakim susdu – Regionda QALMAQAL!

Region Liqasının paytaxt zonasında 10-cu turun oyunları keçirib.

«B» yarımqrupunda mübarizə aparan «Difai» bu dəfə Zəngilan «Çinar»ı ilə üz-üzə gəlib.

Aydın Qasımovun çalışdırdığı komanda debütantı olduğu yarışda ilk məğlubiyyətini alıb - 0:3.

Qarşılaşma qalmaqalsız ötüşməyib. Baş hakim Rəsul Babayev bir sıra mübahisəli qərarlarıyla yadda qalıb. Referi «Difai»nin təmiz qolunu qeydə almayıb.

O, «Çinar»ın oyundankənar vəziyyətdən fərqləndiyi epizodda isə mərkəzi göstərib. Əsas «fit sahibi» və köməkçiləri «Difai»nin futbolçularına qarşı aşkar kobudluqlara göz yumub.

Çempionatın bombardiri olan Qarabağ qazisi Eşqin Tağıyevin ayağına, həmçinin Mirkamil Əliyevin böyrəyinə bir neçə dəfə ağır xəsarət yetirilib.

Hər iki oyunçu ilkin tibbi yardım sayəsində meydanı tərk edib. Fəqət, baş hakim ciddi tədbir görməyib, yalnız sarı vərəqələr göstərməklə kifayətlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox