Premyer Liqa klubunda İNSİDENT: Baş məşqçi komandanı hamamdan qovdu, ara qarışdı

23 Noyabr 2022 20:00 Qalmaqal 1 683
Premyer Liqa klubunda İNSİDENT: Baş məşqçi komandanı hamamdan qovdu, ara qarışdı

Gəncə futbolunda vəziyyət pik həddə çatıb. Əsəblər gərilib, pərdələr aradan qalxıb.

Səhərin sillə-təpik xəbəri ilə açılacağı gün uzaqda deyil.

Hadisələrin mərkəzində Tərlan Əhmədov dayanıb.

Bir neçə gün əvvəl klub rəsmilərinə, rəhbərlərə, digər komandaların məşqçilərinə və azarkeşlərə əsas komandanın məşqlərini izləməyi qadağan edən baş məşqçi bu dəfə özüsnü əvəzedici komandaya göstərib.

Əhmədov yaydan bu yana əsas komanda ilə eyni paltardəyişmə və duş otaqlarından istifadə edən əvəzedici heyəti bundan məhrum edib.

Dünənə qədər necəydi?

Stadionda şərait olmadığından, yəni o boyda arena yalnız bir hamamın ümidinə qaldığından, əsas komanda çıxandan sonra “Kəpəz-2”nin üzvləri duş qəbul edirdi. Və tam təbii olaraq paltarlarını orada dəyişir, geyim dəstləri də orada qalırdı.

Tərlan Əhmədovun qərarı hər kəsi şoka salıb: “Bura əsas komandaya aiddir, gedin özünüzə yer tapın!”

“Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanovla köməkçiləri Əhmədovun qadağasından hiddədlənərək “avtoqol məşhuru”nun diqqətinə Gəncə şəhər stadionundakı şəraitsizliyi və indiki vəziyyətdə bu cür qərar verməsinin doğru olmadığını çatdırıb.

Əsas komandanın baş məşqçisi nöqsanların onun problemi olmadığını deyib, başlarına çarə tapmalarını məsləhət görüb.

Gəncəyə dünən gələn və qazanılan 9 xaldan sonra gözləri ayağının altını görməyən çalışdırıcının bu cür davranışı adamları özündən çıxarıb. Arada kiçik insident yaşanıb. Yaxındakılar qalmaqalın böyüməsinə imkan verməyib.

Tərlan Əhmədov Mehman Allahverdiyevin məşqi izləməsinə qadağa qoymaqla, Xaliq Mərdanova və komandasına ögey münasibət göstərməklə bir növ yerli futbol adamlarına güc göstərir.

Ki, ağlınızı Yaşar Vahabzadəyə, yaxud başqasına verməyin. Mən millinin kapitanı olmuş, “Neftçi”yə bürünc medal qazandırmış, “Keşlə”ni avrokuboklara daşımış məşqçiyəm, arxamda da millət vəkili dayanıb.

İcra başçısı ilə iki dəfə əl sıxandan sonra yerini daha da möhkəmlənmiş hesab edir.

Qısası, “Kəpəz”də və Gəncədə durum ürəkaçan deyil. Qan qoxusu gəlir. Ən qısa zamanda qərbin paytaxtından qalmaqal xəbəri eşidilsə, təəccüblənməyin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı