
Adil Şükürovun yenidən «Kəpəz»ə qayıtması və 2 illik müqaviləyə imza atması yerli publika tərəfindən birmənalı qarşılanmayıb.
Gəncənin futbol ictimaiyyəti və azarkaeşləri onun 9 aylıq aradan sonra geri dönməsinə fərqli reaksiyalar göstərməkdədir.
Onun telefon nömrəsini əldə etmiş fanatlardan bir çoxu mütəxəssislə əlaqə saxlayaraq, bu qərarına etiraz bildirib.
Həmçinin sosial şəbəkə vasitəsilə Şükürova mesaj yazan «Kəpəz» tərəfdarları Nizami yurduna gəlməməsini tələb ediblər.
Onlar açıq şəkildə deyiblər ki, bu təyinatın əleyhinədirlər və heç bir halda ona dəstək verməyəcəklər.
Narazı azarkeşlər köhnə-yeni çalışdırıcıdan işə başlamadan istefaya getməsini istəyiblər. Xəbərdarlıq olunub ki, öz xoşuyla «Kəpəz»i tərk etməsə, hər oyunda istefa şüarıyla stadionu titrədəcəklər.
SPORTİNFO.AZ