.jpg)
Üst-üstə beş qol kağız üzərində böyük görünür. Həmçinin tabloda.
Əsas odur ki, milli daha əvvəlkitək 4-5 top fərqiylə uduzmur.
Önəmli olan həm də budur ki, komandamız artıq əks-hücum qura, qol vura bilir.
Bu gün bir qol vururuq, sabah iki olacaq. O biri gün üç olacaq. Amma olacaq.
Yavaş-yavaş da….
Nədir, Abbasovun əcnəbi məşqçilərin illərdir qara günə qoyduğu, ruhsuzlaşdırdığı, məğlubiyyətlərə alışdırdığı komandanı bir-iki həftənin, yaxud bir-iki ayın içində tamam-kamal dəyişməsinimi gözləyirsiz?
Gəlin, çox yox, bir balaca realist yanaşacaq bu işə. Arzularımız, istəklərimiz hələlik sərhəd tanımalıdır. Xəyal dənizinə baş vurmağa tələsməməliyik.
Psixologiya Ayxan Abbasovun bir nömrəli «alət»idir. Futbolçulara təsir etməyin yollarını, üsul və vasitələrini əzbərdən bilir.
Qısa müddətdir buradadır, artıq görünür ki, oyunçularla öz arasında üzvi sintez, bağlılıq yaradıb.
Bir məşqçi özünü futbolçulara istətməyi bacarmadısa, apar tulla onu. Başını ağrıtma, ondan uğur gözləmə.
Ayxan Abbasov bu cəhətdən təməli atıb. Komanda yeni baş məşqçisini istəyir. İstəyirsə, deməli, dediyini də edəcək.
Bu gün müdafiə oluna biliriksə, sabah orta sahəmiz düzələcək. Sabah orta sahəmiz düzəldisə, day deməyəcəyik ki, niyə 90 dəqiqə ərzində rəqib qapısına tərəf iki zərbə endirmişik?
Sənin hücumçuların Mahir Emreli, Musa Qurbanlı və Nəriman Axundzadədir - çox şey istəmə.
KAMİL