Xorvatiya yığmasının eks yarımmüdafiəçisi "Neftçi"də - SON DƏQİQƏ

31 Avqust 18:00 Neftçi 2 558
Xorvatiya yığmasının eks yarımmüdafiəçisi "Neftçi"də - SON DƏQİQƏ

"Neftçi"nin düşərgəsinə yeniə legioner təşrif buyurub.

Son olaraq Şotlandiya çempionatında çıxış edən Vitsko Şevelin hazırda Bakıdadır.

Bakı klubu 25 yaşlı xorvat yarımmüdafiəçinin transferi ilə bağlı “Dandi Yunayted”lə razılığa gəlib.

Şevel “Dandi Yunayted”in “Kilmarnok”a qarşı şənbə günü keçirilən matçında iştirak etməyib.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Şevel müdafiənin müxtəlif mövqelərində də oynaya bilir.

Universal futbolçu kimi tanınan balkanlı 2024-cü ildən “Dandi Yunayted”in formasını geyinir.

O, əvvəllər Xorvatiyanın "Hayduk", Bosniya və Herseqovinanın "Sarayevo", Rusiyanın "Akron" və Sloveniyanın "Radomlje" klublarında çıxış edib,

Xorvatiyanın U-20 millisində forma geyinib.

Bakılılar onunla 2+1 illik müqavilə imzalayacaq.

"Neftçi"onadək Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara", İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya) və Denzel Jubitana ("Atromitos", Yunanıstan) ilə müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada