“Dron” təhlükəsi ilə bağlı xəbərdarlıq edildi, Şeydayev meydana çıxmadı

02:30 Problem 81
“Dron” təhlükəsi ilə bağlı xəbərdarlıq edildi, Şeydayev meydana çıxmadı

Rusiya Milli Futbol Liqasının 6-cı turunda keçirilməsi nəzərdə tutulan "Soçi" - "Ulyanovsk" qarşılaşması təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə azərbaycanlı hücumçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" məlumat yayıb.

Qarşılaşmanın təxirə salınmasına pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlığının elan edilməsi səbəb olub.

Bildirilib ki, matça bileti olan azarkeşlərin stadiona girişinə əvvəlcədən müəyyənləşdirilmiş vaxtda icazə veriləcək.

Onlardan stadiona daxil olduqdan sonra tribunaların altındakı təhlükəsiz ərazilərə keçmələri, stüardların və təhlükəsizlik əməkdaşlarının göstərişlərinə əməl etmələri, həmçinin sakitliyi qorumaqları xahiş olunub.

Qarşılaşmanın yeni başlama vaxtı ilə bağlı məlumatın daha sonra açıqlanacağı bildirilib.

Şeydayev bu matçın ehtiyat oyunçular siyahısına daxil edilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!