Tikinti sahəsində bədbəxt hadisə nəticəsində həyatını itirdi - 42 yaşlı çempion

1 Sentyabr 00:20 Hadisə 258
Tikinti sahəsində bədbəxt hadisə nəticəsində həyatını itirdi - 42 yaşlı çempion

Kayak üzrə dünya və Avropa çempionu Gergely Boros 42 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Blikk" nəşrinin məlumat yayıb.

O, Paks şəhərindəki padel meydançasının tikinti sahəsində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Məlumatlara görə, onun üzərinə ağır konstruksiya elementi düşüb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Boros 2007-ci ildə dünya çempionu olub. Bundan üç il əvvəl isə o, Avropa çempionu titulunu qazanmışdı. 2017-ci ildə peşəkar idman karyerasını başa vurduqdan sonra o, milli kanoe federasiyasında, o cümlədən rəhbər vəzifələrdə çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM