“Qalatasaray”da 11 milyon avroluq hücumçu - YENİ SÖVDƏLƏŞMƏ

12:20 Türkiyə 138
“Qalatasaray”da 11 milyon avroluq hücumçu - YENİ SÖVDƏLƏŞMƏ

“Qalatasaray” “Portu”nun hücumçusu Dəniz Gülün transferi ilə bağlı şifahi razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu 22 yaşlı futbolçunun keçidi üçün “Portu” ilə razılaşıb və transferin 11 milyon avroya başa gələcəyi bildirilib.

Tərəflər tibbi müayinədən keçməsi üçün oyunçuya icazə verilməsini gözləyir. Hücumçunun özü də karyerasını “Qalatasaray”da davam etdirmək istəyir.

Gül daha əvvəl İsveçin “Hammarbü” klubunda çıxış edib və 2024-cü ildə “Portu”ya keçib. İsveçdə doğulan futbolçu bu ölkənin də vətəndaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!